AzTU-nun basketbol komandası 6-cı turu da qələbə ilə başa vurub
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Liqanın 6-cı turunda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Oyun 99:48 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Xatırladaq ki, liqanın oyunlarında AzTU, UNEC, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin komandaları iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:32]
İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib
- 14.10.2026 [16:30]
Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar
- 14.10.2026 [16:02]
DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib
- 14.10.2026 [15:58]