AzTU-nun Süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzinə rəhbər təyin olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun direktoru Rahid Ələkbərli “SABAH.city” innovasiya şəhərciyində yaradılan AzTU-nun Süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzinə direktor təyin edilib.
Bu barədə AzTU- dan AZƏRTAC-a bildirilib.
Rahid Ələkbərli informasiya sistemlərinin idarə edilməsi üzrə fəlsəfə doktoru, dosentdir. O, müxtəlif dövrlərdə dövlət və özəl qurumlarda məsul vəzifələrdə çalışıb, həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri olub. Qeyd edək ki, AzTU-nun Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun idarəetməsi də Rahid Ələkbərliyə həvalə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]