“Bakı-2021”: Rusiyalı gimnastlar ikili mini-batut yarışlarında fərqləniblər
Bakı, 19 noyabr, AZƏRTAC
Bakıda keçirilən dünya çempionatında kişilər arasında ikili mini-batut üzrə komanda yarışlarının mükafatçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, rəqiblərini 115,800 xalla qabaqlayan Rusiya Gimnastika Federasiyasının komandası dünya çempionu adını qazanıb.
Portuqaliya seçməsi 111,300 xalla yarışı ikinci, İspaniya komandası isə 108,700 xalla üçüncü pillədə başa vurublar.
Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]