BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 810 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4921 manata bərabər idi. Təklif 700 min dollar, tələb 810 min dollar olmuş, manatın məzənnəsi 2 bənd aşağı düşmüş və 1 dollar üçün 4923 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4921,21 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 22 milyon 299 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 109,738 milyard qədərdir.
BEST-də USD/AZM T+1 (tomorrow) aləti üzrə 8 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 39 milyard 368 milyon qədərdir. Elektron sistemində qeydə alınmış hər əqdə, orta hesabla, 2 330 700 dollar düşmüşdür.
T+2 alətləri üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə banklar tərəfindən sifariş verilməmişdir.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3,069 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 24-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]