Bakı İdman Sarayında aşihara karate üzrə respublika çempionatı keçirilir
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakı İdman Sarayında aşihara karate üzrə respublika çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, çempionat ümummilli lider Heydər Əliyevin xatirəsinə və 28 May - Respublika Gününə həsr olunub.
Turnirdə 20 şəhər və rayonu təmsil edən 500-dən çox idmançı müxtəlif yaş qrupları üzrə mübarizə aparır.