“BAKI” KOMANDASI AZƏRBAYCAN PREMYER LİQASINDA LİDERLİYİNİ QORUMUŞDUR
Bakı, 7 mart (AZƏRTAC). Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti turun oyunları olmuşdur.
Bu turda “Bakı” komandası “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etməklə, 41 xalla turnir cədvəlində liderliyini qorumuşdur. “Bakı”nın ən yaxın izləyicisi “İnter” isə son oyunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etmişdir. Hazırda “İnter” 40 xalla ikinci pillədə qərarlaşmışdır.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdır: “Turan”-MOİK - 3:0, “Olimpik”-“Bakılı” - 4:0.
Tura martın 8-də “Standard”-“Karvan”, “Muğan”-“Xəzər-Lənkəran”, “Simurq”-“Neftçi” oyunları ilə yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]