Bakı marafonu növbəti uğurlu və çox maraqlı təşəbbüsdür
Bakı, 1 may, AZƏRTAC
Bakı marafonu Heydər Əliyev Fondunun növbəti uğurlu və çox maraqlı təşəbbüsüdür. Biz bir çox insanın bu böyük idman hadisəsinə həqiqi marağının şahidi olduq.
Bu sözləri mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl!” şüarı altında keçirilən Bakı marafonunun iştirakçısı, AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə müsahibəsində söyləyib.
Tədbirin sağlam həyat tərzinin təbliğində mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayan E.Məmmədov deyib: “Bu gün marafonda təqribən 7 mindən çox adam iştirak edir. Bu hadisə Azərbaycanda idmanın populyarlaşmasına müsbət təsir göstərir. İştirakçılar arasında təkcə gənclər, yerli sakinlər deyil, müxtəlif dövlət qurumlarının nümayəndələri və əcnəbilər də var. Bütün bunlar startın yaxşı olduğunu göstərir və Bakı marafonunun ənənəvi tədbirə çevriləcəyinə ümid yaradır.
E.Məmmədov sonda deyib: “Biz Azərbaycan rəhbərliyinin ölkəmizdə idmanı populyarlaşdırmaq səylərini tam dəstəkləyirik və bu işdə fəal iştirak etməyə hazırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]