Bakı məktəbliləri qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə iştirak etmişlər
Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycan Gənclər İttifaqının (AGİ) “Enerji Resurslarından İstifadə üzrə Beynəlxalq Məktəbli Layihəsi” (SPARE) çərçivəsində respublikamızda fəaliyyət göstərən Uşaq Akademiyasının 3-cü sessiyası keçirilmişdir.
Bakının müxtəlif məktəblərini təmsil edən 12-15 yaşlı şagirdlər ekoloji biliklərin artırılması, beynəlxalq məktəbli layihələrinə inteqrasiya və ətraf mühitin mühafizəsi məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. Həmcinin 2011-ci ilin may ayınadək davam edəcək məşğələlərin sonunda şagirdlər İqlim Ədaləti Çempionları şəhadətnaməsi (Climate Justice Campion Certificate) ilə təltif olunacaqlar.
Sessiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin nümayəndələri iştirak etmişlər.
Məktəblilər “Qlobal iqlim dəyişikliyi” və “Ətraf mühitin mühafizəsində və ekologiyaya təsirin azaldılması istiqamətində ARDNŞ-in təcrübəsi” mövzularında mühazirələri dinləmiş və müzakirələrə qoşulmuşlar.
Uşaq Akademiyasının növbəti sessiyasının 2011-ci il fevralın 26-da keçirilməsi nəzərdə tutulmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]