Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrdə dezinfeksiya işləri aparılır
Bakı, 11 mart, AZƏRTAC
Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan tədris müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin uşaq musiqi və incəsənət məktəblərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir.
Prosesin martın 20-dək tam yekunlaşması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]