BAKI ŞƏHƏRİNDƏ BORCLU ABONENTLƏRƏ ELEKTRİK ENERJİSİ VERİLİŞİ DAYANDIRILIR
AZƏRTAC xəbər verir ki, “Bakıelektrikşəbəkə” ASC sentyabrın 15-də saat 12.00-dan etibarən borclu abonentlərin elektrik enerjisi ilə təchizatını dayandırmağa başlamışdır.
Səhmdar Cəmiyyətindən bildirmişlər ki, borcların ödənilməsi üçün abonentlərə sentyabrın 12-dən xəbərdarlıq olunmuşdur. Borcunu ödəməyən abonentlərin enerji təchizatının dayandırılması tədbirləri paytaxtın bütün rayonlarında aparılır.
Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən “Bakıelektrikşəbəkə” ASC-nin 650 minə yaxın abonenti vardır.