Bakı Slavyan Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat yardım etdi
Bakı, 29 mart, AZƏRTAC
Bakı Slavyan Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat yardım etdi.
Bu barədə AZƏRTAC-a Bakı Slavyan Universitetinin (BSU) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna BSU tərəfindən 30 min manat məbləğində pul köçürülməsi qərara alınıb.
“Qeyd edək ki, BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın təşəbbüsü və başçılığı ilə universitet kollektivinin könüllü şəkildə bu vacib aksiyaya qoşulması bu ali təhsil müəssisəsinin bir daha xalqla, dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan rəhbərliyinin ölkə vətəndaşlarının təhlükəsizliyinin, sağlamlığının müdafiəsi naminə həyata keçirdiyi təşəbbüsə yüksək səviyyədə dəstək verdiyini göstərir”, - deyə BSU-dan bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:45]
Paytaxt məktəblisi öz mobil tətbiqini yaradıb
- 23.06.2026 [12:10]
ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
- 23.06.2026 [11:57]
ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub
- 23.06.2026 [11:24]
Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub
- 23.06.2026 [11:18]
SABAH qruplarında tədris fəaliyyəti üçün müraciət qəbulu başlanıb
- 23.06.2026 [11:11]