BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNİ MALİYYƏLƏŞDİRMƏK ÜÇÜN SİNDİKAT YARADILMIŞDIR
Kreditlər üzrə faizlər də daxil olmaqla, layihəyə cəlb edilən borc vəsaitinin ümumi həcmi 2,6 milyard dollara bərabərdir. Təkcə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə, ümumən, 2,95 milyard dollar (layihənin ümumi dəyəri, kreditlər üzrə faizlər də daxil olmaqla, 3,6 milyard dollardır) tələb olunacaq layihənin dəyərinin qalan hissəsi isə daxili vəsaitlər hesabına, habelə ixrac kredit təşkilatları və kommersiya bankları tərəfindən ödəniləcəkdir.
Xəbər verildiyi kimi, BTC layihəsi üçün kreditləri dörd borc verən qrup təqdim edəcəkdir. Birinci qrupa beynəlxalq maliyyə təşkilatları (AYİB, BMK) daxil olacaqdır. Bu qurumlar özləri vəsait ayıracaq, eləcə də kommersiya bankları üçün zəmanət verəcəklər.
İkinci qrupa ixrac-kredit agentlikləri daxil olacaq və onlar dünyanın 6 aparıcı ölkəsindən – ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan material və avadanlıq gətirilməsini maliyyələşdirmək üçün kommersiya banklarına təminat verəcəklər. Üçüncü qrupa kommersiya banklarının özləri daxildir. Bunların sayı 10-30 arasındadır. Dördüncü qrupa bp, Statoyl, Total və ConocoPhillips kimi iri şirkətlər daxil olacaq və onlar layihəyə kredit ayıracaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]