Bakı və regionlarda “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” xeyriyyə aksiyası keçiriləcək
Bakı, 27 avqust, AZƏRTAC
Sentyabrın 2-dən 14-dək Bilik Günü ərəfəsində Bakıdakı Rus Evində (RİMM) “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” xeyriyyə aksiyası keçiriləcək.
RİMM-dən AZƏRTAC -a bildirilib ki, artıq ardıcıl olaraq dördüncü il keçirilən aksiyanın tərəfdaşları Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanın Rus İcması, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi və “Trans Export” şirkətidir.
Aksiya çərçivəsində Bakı, Şüvəlan, Sumqayıt, Saatlı, Sabirabad, Lənkəran, Xaçmaz, Gəncə, Goranboy, Zaqatala, Nic və İvanovkada rus dilində tədris aparılan məktəblərin birinci sinif şagirdlərinə məktəb çantaları veriləcək. Ümumilikdə ölkənin hər yerindən 250-dən çox şagirdin belə dəstlərlə təmin olunması planlaşdırılır.
Aksiyaya sentyabrın 2-də saat 15:00-da Bakıdakı Rus Evində (Üzeyir Hacıbəyli küçəsi, 77B) start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]