BAKIDA 1-Cİ BEYNƏLXALQ “AKVA-TERM BAKI 2008” SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Finmark” və “Reed Exhibitions Messe Wien” şirkətlərinin təşkilatçılığı ilə birinci beynəlxalq “Akva-Term Bakı 2008” sərgisi açılmışdır.
İtaliyanın peşəkar sərgi təşkilatçısı “Finmark” şirkətinin prezidenti Mauro Grillini, Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, “Reed Exhibitions Messe Wien” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə maliyyə direktoru Matias Limbek açılışı bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.
Sərgidə İtaliya, Türkiyə, Ukrayna, Rusiya, Polşa və Azərbaycanın istilik sistemləri, kondisionerlər, sanitar-texniki, su təchizatı avadanlığı istehsal edən şirkətlərinin məhsulları nümayiş olunur.
Sərgi sentyabrın 17-dək davam edəcəkdir.
######
