BAKIDA AKADEMİK LEV LANDAUNUN ABİDƏSİ QOYULACAQDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da Bakıda Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun birgə təşkilatçılığı ilə yeganə bakılı Nobel mükafatı laureatı, akademik Lev Landaunun anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcəkdir.
Yubiley tədbirləri çərçivəsində Bakıda alimin adını daşıyan küçənin başlanğıcında onun 2 metr 10 santimetr hündürlüyündə abidəsi qoyulacaqdır.
Dünyanın məşhur fiziklərindən olan L.Landau 1908-ci il yanvarın 22-də Bakıda anadan olmuşdur. 14 yaşında Bakı Dövlət Universitetinə daxil olmuşdur. Birinci kursu başa vurandan sonra təhsilini Leninqradda davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]