Bakıda havada toz müşahidə olunur
Bakı, 18 mart, AZƏRTAC
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.
"Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]