Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi olub YENİLƏNİB

Bakı, 8 dekabr, AZƏRTAC

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində İslam dünyasının mədəni irsinə həsr olunan xüsusi videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda, ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək.

“Bu səbəbdən tədbirin uğurla həyata keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Habelə, Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik. Çünki bu tədbirə ev sahibliyi etmək və bu qədər geniş və rəngarəng yaradıcı insanların burada iştirakını təmin etmək bizim üçün böyük şərəf və qürurdur”, - deyə nazir vurğulayıb.

İƏT-in Baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib: “Məhz bu möhkəm iradə və strateji yanaşma İslam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir.

Bu festival bizi mühüm platformada bir araya gətirərək birliyin, dialoqun və mədəni yaxınlaşmanın real təcəssümünə çevrilir. İƏT-in katibliyi və bütün iştirakçı heyətin mədəni əlaqələrimizin dərinləşməsinə verdiyi dəstək qarşılıqlı dialoqun daha da güclənməsinə mühüm təsir göstərir. Bu kimi tədbirlər təkcə yaradıcılıq və mədəniyyət nümayişi deyil, həm də təşkilatımızı strateji baxımdan gücləndirən, ortaq dəyərlərimizi möhkəmləndirən vahid mədəni platforma yaradır. Belə bir platformanın formalaşması, təbii ki, gələcək fəaliyyətimizin daha sıx koordinasiyasına, qarşılıqlı anlayış və əməkdaşlığa xidmət edir. Çünki yaradıcılıq yalnız sənətə deyil, insan inkişafına yönələn fundamental xüsusiyyətdir. Yaradıcılığı dəstəkləyən cəmiyyətlər, ilk növbədə, gənclərinin potensialına yatırım etmiş olurlar. Müsbət dəyərləri mənimsəyən, mədəni və mənəvi irsə sahib çıxan gənclər isə gələcəyin birliyini formalaşdırır, cəmiyyətlər arasında körpülər yaradan mədəniyyət səfirlərinə çevrilirlər. Bu baxımdan, Bakıdakı bu festival təkcə bu günün tədbiri deyil, sabahın birgə mədəniyyət, yaradıcılıq və inkişaf vizyonunun bünövrəsidir”, - deyə Tarig Ali Bakhit vurğulayıb.

Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi qeyd edib ki, Pakistan, İslam həmrəyliyinin güclənməsinə və ortaq mədəni dəyərlərimizin təşviqinə xidmət edən bu kimi təşəbbüslərdə hər zaman fəal iştirak etməyə hazırdır. “Biz bu platformanı, sadəcə, festival deyil, İslam dünyasında mədəni yaxınlaşma, yaradıcılıq mübadiləsi və strateji əməkdaşlıq üçün mühüm imkan kimi görürük. Bu tədbir bir daha nümayiş etdirir ki, ortaq tariximiz, mədəni köklərimiz və dini birliyimiz bizləri təkcə simvolik deyil, real tərəfdaşlıq ruhu ilə birləşdirir. Bu birliyin davamlı möhkəmlənməsi üçün Pakistan olaraq bütün səviyyələrdə əməkdaşlığa sadiq olduğumuzu xüsusi vurğulamaq istəyirik.

Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində atdığı addımlar, habelə regional və qlobal miqyasda mədəni əməkdaşlığa verdiyi töhfə təqdirəlayiqdir. Biz bu səmərəli fəaliyyətin davamlı olacağına və İslam dünyasının mədəni identikliyinin daha da güclənməsinə xidmət edəcəyinə inanırıq”, - deyə pakistanlı nazir əlavə edib.

Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fouad Hanno qeyd edib ki, Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda, İslam dünyasının yaradıcılıq və mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır. Biz Misir Ərəb Respublikası olaraq, bu təşəbbüsün regionumuzda mədəni dialoqun genişlənməsinə, tarixi əlaqələrimizin möhkəmlənməsinə və ortaq mənəvi dəyərlərimizin dünyaya tanıdılmasına xidmət etdiyinə inanırıq. Əminik ki, festival İslam dünyasının mədəni gücünü, yaradıcı potensialını və müasir mədəniyyət siyasətini birlikdə dünyaya nümayiş etdirməyə imkan yaradacaq.

Nazir qeyd edib ki, festivalda iştirak edən hər bir yaradıcı nümayəndə, hər bir ekspert və mədəniyyət qurumu ortaq missiyaya – mədəni irsi yaşatmaq, onu gələcək nəsillərə doğru formada ötürmək və eyni zamanda, müasir innovativ yanaşmalarla zənginləşdirməyə xidmət edir.

Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabrouka Toghi Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib: “Bu addımlar yalnız regional deyil, qlobal mədəni əməkdaşlığın inkişafına xidmət edir”.

O qeyd edib ki, mədəniyyət yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyin strateji şəkildə qurulması üçün ən güclü vasitələrdən biridir. Mədəniyyət insanlar arasında anlaşmanı, xalqlar arasında etimadı, dövlətlər arasında isə qarşılıqlı hörmət və əməkdaşlığı formalaşdırır.

Fələstin Dövlətinin mədəniyyət naziri İmadeddin Abdullah Salim Hamdan vurğulayıb ki, İƏT Mədəniyyət Festivalı yalnız mədəniyyət nümayişi deyil, həm də ortaq kimliyimizin, tarixi birliyimizin və ruhani dəyərlərimizin dünya səhnəsində təcəssümüdür. İslam dünyasının mədəni irsi, milyonlarla insanın yaddaşını, tarixi varlığını və mədəni sabitliyini daşıyan müqəddəs bir mirasdır.

Nazir qeyd edib ki, Fələstinin mədəniyyət siyasəti, məhz bu irsin qorunması, nəsillər arasında ötürülməsi və müasir yaradıcılıq formaları ilə zənginləşdirilməsinə yönəlib. “Bu festival yaradıcı insanlar üçün yeni dialoq məkanı, mədəni platforma və inteqrasiya mühiti yaradır. Burada paylaşdığımız fikirlər, ideyalar və layihələr gələcəyin mədəni arxitekturasını formalaşdırmağa xidmət edir. Biz inanırıq ki, mədəniyyət xalqlar arasında ən güclü körpüdür, çünki dilindən, coğrafiyasından və siyasi çərçivəsindən asılı olmayaraq insan ruhunun ən saf təzahürünü daşıyır”.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan qeyd edib ki, ölkəsi mədəniyyət sahəsində ortaq təşəbbüslərin genişləndirilməsinə, gənclərin yaradıcı mühitə cəlb edilməsinə, İslam mədəniyyətinin innovativ və müasir təqdimat formatlarının inkişafına hər zaman dəstək verməyə hazırdır. Bu istiqamətdə İƏT çərçivəsində atılan addımlar, mədəni platformaların genişlənməsi və yaradıcı sənayelərin inkişafı bizim üçün strateji əhəmiyyət daşıyır.

“Əsrlər boyunca İslam mədəniyyəti coğrafiyamızın memarlığından musiqisinə, ədəbiyyatından elminə qədər həyatımızın bütün qatlarına sirayət edib, bu gün isə yeni texnoloji mühit, yaradıcılıq ekosistemləri və qlobal mədəni inteqrasiyalar vasitəsilə daha geniş auditoriyalara çatdırılır. Biz inanırıq ki, bu festival həm tarixi mirasımızı qorumağa, həm də müasir təsəvvür çərçivəsində zənginləşdirməyə xidmət edəcək.

Azərbaycanın mədəni diplomatiya sahəsində nümayiş etdirdiyi liderlik, regional həmrəyliyin formalaşmasına verdiyi töhfələr həm Türkiyə, həm də bütün İslam dünyası tərəfindən yüksək dəyərləndirilir. Bu əməkdaşlığın gələcək illərdə daha çox layihə və mədəni mübadilə formatları ilə genişlənəcəyinə əminik”, - deyə nazir əlavə edib.

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in rəsmi açılış mərasimindən sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist, “Atesh Hub”ın təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Bədii proqramın növbəti hissəsində İbrahim Babayev (tar), Pərviz Məmmədov (piano) və Vəfadar Ramizin (zərb) müşayiəti ilə Azərbaycan milli rəqsi “Yaylıq” təqdim edilib.

Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin “Şuşa” kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aisel (Aysel Məmmədova) səsləndirib.

Daha sonra təşkilatçılar və rəsmi qonaqlar sərgi stendlərini ziyarət ediblər.

Qeyd edək ki, festival dekabrın 11-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO