Bakıda keçirilən mas-restlinq üzrə yarışların qalibləri müəyyənləşib
Bakı, 24 may, AZƏRTAC
Bakıda keçirilən "Caspian Power" İdman Festivalında mas-restlinq üzrə yarışların qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, festivalda idmançılar 90 və 105 kiloqram çəki dərəcəsində mübarizə aparıblar.
Avropa çempionatının mükafatçısı Xəyyam Orucov 90 kiloqram çəki dərəcəsində qızıl medalın sahibi olub. Dünya çempionatının medalçısı Sultan Ağayev isə gümüş medalla kifayətlənib. İlk üçlüyü Amil Qazıyev tamamlayıb.
Yarışda 105 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə dəfələrlə respublika çempionu olan Cahangir Yaqubov qalxıb. Aslan Quliyev finalda məğlub olaraq gümüş medala sahib olub. Üçüncü yer uğrunda görüşdə isə Tərxan Müzəffərov qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]