Bakıda Polşa-Azərbaycan biznes-forumu keçiriləcək
Varşava, 11 mart, AZƏRTAC
Aprelin 11-də Bakıda keçiriləcək Polşa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində Polşa-Azərbaycan biznes-forumu təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç ilə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirak edəcəyi forumda əsas məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsidır. Forum Polşa və Azərbaycanın iş adamları arasında birbaşa danışıqlar üçün əla fürsət olacaq.
Forumda əsasən hər iki ölkədən olan iş adamları arasında iqtisadiyyatın müxtəlif sahələri - əczaçılıq, kənd təsərrüfatı, tibbi avadanlıq istehsalı, tikinti, kosmetik məhsulların ixracı və idxalı, yeyinti sənayesi və sair üzrə birbaşa danışıqlar aparılacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]