BAKIDA ÜMUMDÜNYA POEZİYA GÜNÜ KEÇİRİLƏCƏKDİR
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mərasim iştirakçıları – tanınmış şairlər, yazıçılar, mədəniyyət xadimləri həmin gün ümummilli liderimiz Prezident Heydər Əliyevin və görkəmli şairlərin Fəxri xiyabandakı qəbirlərini ziyarət edəcək, məzarları üzərinə gül-çiçək dəstələri, əklillər qoyacaq, onların xatirəsini ehtiramla yad edəcəklər.
Ümumdünya poeziya günü xalq şairi Səməd Vurğunun adını daşıyan bağda, ölməz şairin abidəsi önündə böyük təntənə ilə davam etdiriləcəkdir. Abidə önündə məşhur şairlərin, aktyorların ifasında şerlər səslənəcəkdir.
Əlamətdar haldır ki, Ümumdünya poeziya günü respublikamızda Novruz bayramına və ustad şairimizin doğum gününə təsadüf etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO
- 29.09.2026 [20:37]