Bakıdakı Rus evində keçəçilik sənəti üzrə ustad dərsi keçirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıdakı Rus evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi / RİMM) keçəçilik sənəti üzrə ustad dərsi keçirilib.
RİMM-in mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir Bakıdakı Rus evinin dəstəyi ilə Azərbaycan Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
Ustad dərsini modelyer və dizayner Nailə Kərimova aparıb.
Ustad dərsi çərçivəsində iştirakçılara keçə məmulatlarının hazırlanmasında istifadə edilən müxtəlif materiallar, eləcə də onlara gözəl və orijinal məhsulların hazırlanmasında kömək edəcək texnika və üsullar haqqında məlumat verilib.