BALAKƏNDƏ SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Balakən, 1 aprel (AZƏRTAC). 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Balakən rayonunun əmək kollektivlərində, təhsil və mədəniyyət müəssisələrində anma mərasimləri, toplantılar keçirilmiş, rəsm və foto sərgiləri təşkil edilmişdir. Martın 31-də rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər azərbaycanlıların soyqırımına həsr edilmişdir.
Keçirilən tədbirlərdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, törətdikləri dəhşətli faciələr barədə ətraflı məlumat verilmiş, soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi olduğu, həmin siyasət nəticəsində yüz minlərlə günahsız soydaşımızın qətlə yetirildiyi diqqətə çatdırılmış, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyi xüsusi vurğulanmışdır.
Martın 31-də rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Balakən şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül-çiçək dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]