“BANK RESPUBLİKA” AVQUST AYININ NƏTİCƏLƏRİNƏ YEKUN VURMUŞDUR
“Bank Respublika”nın aktivləri cari ilin əvvəlindən 57,4 faiz artaraq, sentyabrın 1-nə 398,5 milyon manat olmuşdur.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, qurumun kredit portfeli yanvar-avqustda 70,6 faiz artaraq 271,7 milyon manata çatmışdır.
Hesabat dövründə müştəri depozitləri 29,1 faiz artaraq 143,97 milyon manatı keçmişdir. Əhalinin əmanətlərinin məbləği 31,7 faiz çoxalaraq 69 milyon manata bərabər olmuşdur.
“Bank Respublika”nın məcmu kapitalı 95,8 faiz artaraq 46,3 milyon manata çatmış, sentyabrın 1-nə nizamnamə kapitalı 22,58 milyon manat olmuşdur.
Cari ilin 8 ayında bankın gəlirləri 37,2 milyon, xərcləri isə 28,24 milyon manat təşkil etmişdir. Bu dövrdə qurumun balans mənfəəti 8,96 milyon manata çatmışdır.