“Barselona” klubu “El-Klasiko”da qalib gəlib, İspaniya Super kubokuna sahib olub
Bakı, 16 yanvar, AZƏRTAC
Futbol üzrə İspaniya Super kuboku yarışında “El-Klasiko” oynanılıb.
AZƏRTAC xəbər verir ki, turnirin finalında “Barselona” klubu “Real Madrid” ilə qarşılaşıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Fahd” stadionunda keçirilən görüş “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Barselona” klubu İspaniya Super kuboku yarışının qalibi olub.
Bu, Kataloniya təmsilçisinin Xavinin baş məşqçiliyi altında qazandığı ilk kubokdur.