“Barselona”-“Real” derbisində Yohan Kroyfun xatirəsi anılacaq
Bakı, 1 aprel, AZƏRTAC
“Barselona” futbol klubu bu günlərdə vəfat edən əfsanəvi Yohan Kroyfun xatirəsini derbi matçında yad edəcək.
AZƏRTAC Katalon klubunun rəsmi saytına istinadla xəbər verir ki, İspaniya çempionatının XXXI turu çərçivəsində oynanılacaq “Barselona”-“Real Madrid” derbisində ev sahibi komanda meydana Yohan Kroyfun xatirəsini əks etdirən forma ilə çıxacaq. Mərhum ulduz futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq futbol geyiminin üzərinə “Minnətdarıq-Yohan” sözləri həkk edilib.
Dünyada geniş auditoriyaya malik “Barselona”-“Real” oyunu aprelin 2-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.