“Barselona”nın müdafiəçisi zədələnib
Bakı, 20 may, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Nelson Semedo zədələnib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 25 yaşlı portuqaliyalı müdafiəçi İspaniya çempionatının 38-ci turunda “Eibar”la (2:2) görüşün 46-cı dəqiqəsində başından aldığı zədə səbəbindən İspaniya kubokunun final oyununu buraxacaq.
İspaniya kubokunun final oyunu mayın 25-də Bakı vaxtı ilə saat 23:00-da “Barselona” və “Valensiya” klubları arasında keçiriləcək.
N.Semedo cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 45 oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]