Baş konsul: Qarsdakı diplomatik nümayəndəliyimiz fasiləsiz iş rejimində fəaliyyət göstərir
Ankara, 31 mart, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında gediş-gəlişin müvəqqəti dayandırılması ilə əlaqədar ölkəmizin Qarsdakı baş konsulluğu fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. Baş konsulluq öz fəaliyyət dairəsindən kənarda yaşayan, təhsil alan və səfərdə olan vətəndaşlarımızın da müraciətlərinə baxır.
Baş konsul Nuru Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, martın 15-dən indiyədək təxminən 500 nəfərə yaxın vətəndaşımızın Naxçıvan ərazisinə keçməsi təmin olunub. Onların bir hissəsi Naxçıvana Azərbaycanda karantin rejiminin tətbiqi vaxtında keçdiyi üçün muxtar respublikada həkim nəzarətinə alınıb. Karantin müddəti 14 gündən 28 günədək müəyyən olunub. Baş konsulluq tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdikləri problemlərin həllinə dəstək verməkdə davam edir. Yaradılan “qaynar xətt” fasiləsiz fəaliyyət göstərir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]