Basqallı iş adamı 67 ailəyə yardım edib
İsmayıllı, 31 mart, AZƏRTAC
İsmayıllı rayonunun Basqal qəsəbəsindən olan iş adamı koronavirus (COVID-19) epidemiyasının tüğyan etdiyi, insanların, xüsusən yaşlıların ev şəraitində, ətraf aləmdən təcrid vəziyyətdə yaşadıqları bir vaxtda yüksək xeyirxahlıq nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, adının çəkilməsini istəməyən iş adamı rayon icra hakimiyyəti başçısının Basqal İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Novruz Əsədovla birgə 67 ailəyə ərzaq və maddi yardım göstərib.
Sakinlər iş adamına xeyriyyəçilik əməlinə görə razılıqlarını bildiriblər.
Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətində yaradılan koronavirusla mübarizə üzrə qərargah bu cür xeyriyyəçilik təşəbbüsünü dəstəkləməklə, geniş yayılması istiqamətində də lazımi iş aparır.