BDU: “Zəfər yolu” layihəsinin növbəti qonağı Vətən müharibəsi iştirakçısı Vidadi Ağagülov olub
Bakı, 18 oktyabr, AZƏRTAC
“Zəfər yolu” verilişinin on yeddinci buraxılışı təqdim olunub.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, layihənin on yeddinci verilişində Vətən müharibəsi iştirakçısı Vidadi Ağagülov keçdiyi döyüş yolundan bəhs edir.
Qeyd edək ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsi həyata keçirilir.
8 noyabr - Zəfər Gününə qədər davam edəcək layihə çərçivəsində hazırlanan proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:02]
“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində
- 05.10.2026 [14:00]
Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub
- 05.10.2026 [13:55]
Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri
- 05.10.2026 [13:42]
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
- 05.10.2026 [13:02]
Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur
- 05.10.2026 [13:00]
Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova
- 05.10.2026 [12:51]