Belçikanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Ankara, 11 mart, AZƏRTAC
Belçikanın Ankaradakı səfiri Michel Malherbe Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə tərəfinin Belçikanın Hakimlər Palatasının (BHP) PKK terrorçuları barədə qaldırdığı iddianaməsinin ləğv olunmasına dair kəskin etirazı səfirin diqqətinə çatdırıb.
Qeyd edək ki, Belçikanın Hakimlər Palatasının PKK terror təşkilatının Avropa üzrə fəaliyyətinə rəhbərlik edən şəxslərin də daxil olduğu 36 şübhəliyə qarşı qaldırdığı həbs iddiası Belçika Federal Prokurorluğu tərəfindən ləğv olunub. Bu qərara etiraz edən Türkiyə tərəfi müttəfiqi Belçikadan terrorla mübarizədə tələb olunan cavabdehlik çərçivəsində PKK-ya qarşı qətiyyətli addım atmağı gözləyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]