BƏLƏDİYYƏ TORPAQLARI HƏRRACLAR VASİTƏSİLƏ SATILACAQDIR
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov AZƏRTAC-a bildirmişdir ki, bələdiyyə torpaqlarının alqı-satqısı və icarəyə verilməsi ilə bağlı yeni qaydalar hazırlanaraq hökumətə təqdim olunmuşdur. Yeni qaydalar tətbiq olunduqdan sonra bələdiyyə torpaqları hərraclara çıxarılaraq satılacaqdır.
DƏDRX təklif edir ki, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri ilkin olaraq dövlət reyestrinə daxil edilsin, sonra isə bələdiyyələr müvafiq sənədlər və kadastr xəritələrindən çıxarışlar əsasında torpaqları hərraca çıxarsınlar.