Azərbaycan Dövlət İnformasiya Agentliyi

Benilüks Azərbaycanlıları Konqresinin III qurultayı keçirilmişdir

Amsterdam, 19 dekabr (AZƏRTAC). Dekabrın 17-də Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III qurultayı keçirilmişdir.

Qurultayı açan BAK-ın fəxri sədri Sahil Qasımov Niderlandı, Belçikanı və Lüksemburqu əhatə edən BAK-ın 2006-cı ildən fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. O, bu ölkələrdə Azərbaycan diasporunun təşkilatlanmasında BAK-ın xüsusi əməyi olduğunu bildirmişdir.

Toplantıda Azərbaycanın dövlət himni səslənmiş, BAK-ın 5 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Konqresin sədri Elsevər Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, son illər ərzində Azərbaycan həqiqətlərinin Benilüks ölkələrində yerli ictimaiyyətə çatdırılması istiqamətində xeyli iş görülmüş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Amsterdam və Rotterdam şəhərlərində azərbaycanlı uşaqlar üçün həftəsonu məktəbləri açılmış, şagirdlər dərslik və dərs ləvazimatları ilə təmin olunmuşlar. Təşkilatımız Xocalı faciəsinin ildönümü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Rotterdamda Bakı küçəsinin açılışı tədbirlərində fəal iştirak etmişdir. BAK-ın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış tarixçi alimləri ilə görüşlər keçirilmişdir.

Təşkilat rəhbəri Benilüks ölkələrində ermənilərin Azərbaycana qarşı təxribatlarının qarşısının alındığını da qurultay iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən cari ilin iyul ayında BAK-ın fəxri sədri Sahil Qasımovun “Tərəqqi” medalı ilə təltif edilməsi təşkilatın fəaliyyətinə verilmiş qiymətin göstəricisidir.

Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov demişdir ki, Dünya Azərbaycanlılarının III qurultayında dövlətimizin başçısı İlham Əliyev strateji xarakter daşıyan proqram xarakterli nitq söyləmiş, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərə diaspor təşkilatları ilə sıx əlaqə qurmağı və onların fəaliyyətlərinə dəstək verməyi tapşırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti qurultaydakı nitqində diaspor təşkilatlarına da müəyyən tövsiyələr vermişdir. Benilüks Azərbaycanlıları Konqresi bu tövsiyələri gündəlik fəaliyyətlərində rəhbər tutur.

Səfirliklə BAK-ın birgə fəaliyyətindən bəhs edən F.İsgəndərov bu işbirliyinin başqa ölkələrdəki diplomatik nümayəndələrlə diaspor təşkilatlarının əməkdaşlığına nümunə olduğunu xüsusi vurğulamış və qeyd etmişdir ki, BAK artıq Azərbaycanın xarici siyasətinin Avropada həyata keçirilməsinə öz dəstəyini verməyə başlamışdır.

Səfir Benilüks Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirlərə artıq azərbaycanlılarla, qardaş türk təşkilatları və digər ölkələrin diaspor icmaları ilə yanaşı, hollandların da cəlb edilməsini müsbət hal kimi qiymətləndirmiş, Rotterdamda Bakı küçəsinin açılışında şəhər merinin və digər rəsmilərinin iştirakını buna misal göstərmişdir.

F.İsgəndərov diaspor təşkilatlarının qarşısında duran əsas məsələ kimi onların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasının vacibliyinin diqqətə çatdırmış və bu problemin Hollandiyada uğurla həyata keçdiyini vurğulamışdır.

Çıxışının sonunda səfir BAK-a gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin Qərbi Avropa şöbəsi müdirinin müavini Elnur Əliyev Komitə sədri Nazim İbrahimovun qurultaya təbrik məktubunu oxumuşdur. Məktubda Benilüks Azərbaycanlıları Konqresinin ötən beş il ərzindəki fəaliyyəti yüksək qiymətləndirilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III qurultayındakı nitqindən irəli gələn vəzifələr xaricdəki Azərbaycan icmaları üçün əsas fəaliyyət proqramı olmalıdır.

BAK-ın gənclər təşkilatının sədri Musa Pünhan keçirilmiş tədbirlərdə gənclərin rolundan danışmış və onları Azərbaycanın təbliği məsələsində yaşlı nəsildən nümunə götürməyə çağırmışdır.

Avropa İttifaqında Azərbaycan Lobbist Qrupunun rəhbəri, VVD partiyasının əyalət vəkili, “Türk Hava Yolları”nın Amsterdamdakı nümayəndəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbəri və digərləri BAK ilə birgə fəaliyyətlərindən danışmışlar.

Qurultayda BAK-ın yeni idarə heyətinin 20 nəfərdən ibarət üzvü seçilmişdir. Sahil Qasımov BAK-ın sədri seçilmişdir.

Sonra səfir Fuad İsgəndərov Azərbaycandan gəlmiş bir qrup mədəniyyət işçisinə BAK-ın diplomlarını təqdim etmişdir.

Tanınmış bəstəkar Gövhər Həsənzadə mükafat alanlar adından BAK-ın rəhbərliyinə təşəkkürünü bildirmişdir.

BAK-ın yeni seçilmiş sədri Sahil Qasımov təşkilatın yalnız Niderland, Belçika və Lüksemburq ölkələrini deyil, öz məkanından çıxaraq digər dövlətləri də əhatə etdiyini vurğulamışdır. O, Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı faciəsinin əsl mahiyyətini bütün dünyaya çatdırmaqda BAK-ın xüsusi rol oynadığını, bu istiqamətdə lobbiçilik fəaliyyətini davam etdirəcəyini bəyan etmişdir.

Amsterdam və Rotterdamdakı Azərbaycan dili məktəblərinin kiçik yaşlı şagirdləri qurultay iştirakçılarını təbrik etmiş, ölkəmizə həsr olunmuş şeirlər səsləndirmişlər.

İncəsənət ustalarından Azərbaycanın əməkdar artistləri Elza Seyidcahan və Azərin Azərbaycan və Avropa bəstəkarlarının mahnılarını ifa etmişlər.

Qurultayda Hollandiya ictimaiyyətinin, Qazaxıstan, Ukrayna, Rumıniya, Türkiyə icmalarının nümayəndələri, diasporumuzun təmsilçiləri, Benilüks ölkələrində təhsil alan tələbələr, yerli və xarici jurnalistlər iştirak etmişlər.

Qurultayla əlaqədar “Azərbaycan Benilüks News” qəzetinin xüsusi nömrəsi çap olunmuşdur.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Amsterdam

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb