Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlin alternativ enerji mənbələrinə marağını azaltmır

Berlin alternativ enerji mənbələrinə marağını azaltmır

Berlin, 18 may, AZƏRTAC

Yaxın Şərqin energetik imkanları Almaniyada daim diqqət mərkəzindədir. Bu dəfə Körfəz dövlətləri, Yaxın Şərq və Məqrib ölkələrinin ənənəvi neft ehtiyatlarından deyil, bərpaolunan enerji mənbələrindən söhbət gedir.

Bu yaxınlarda AZƏRTAC-ın rəsmi saytında “yaşıl energetika” və onun bəşəriyyət üçün perspektivləri barədə maraqlı məqalələr silsiləsi dərc edilib. Agentliyin xüsusi müxbirləri müəyyən dövlətlərin və bütöv regionların bu sahədə təcrübəsi barədə biliklərini oxucularla bölüşüblər. Aşkardır ki, bu mövzuya maraq nəinki zəifləməyəcək, əksinə, daha da güclənəcək.

Bərpaolunan enerji mənbələri bütün dünyanın, o cümlədən Yaxın Şərqin gələcəyidir. İnsan yaşayan hər bir məkanda enerji qıtlığının aradan qaldırılması bu gün bütün bəşəriyyətin birinci dərəcəli vəzifəsidir. Söhbət “heç nədən” - küləkdən, günəşdən, çaylardakı su axınlarından, bir sözlə, Yer üzündə həyatın yaranmasından xeyli əvvəl mövcud olan mənbələrdən pul qazanmaqdan gedir. Bu artıq enerjini başqa regionlara ixrac etmək mümkün olacaq. Məsələn, günəş şüaları ilə “zəngin olan” Yaxın Şərqdə yaranan elektrik enerjisi profisitini Avropa İttifaqı ölkələrinə ixrac etmək üçün imkan yaranacaq.

O qədər də mürəkkəb olmayan hesablamalar bu fikri təsdiq edir. Bu gün ərazisinin sahəsi 2 x 3 kilometr olan bir elektrik stansiyası 75 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verir. Şimali Afrikadakı səhraların, məsələn nəhəng Böyük Səhranın sahəsi nəzərə alınsa, bu, Avropanın bərpaolunan enerji mənbələrinə keçməsi məsələsinin real həlli yolu ola bilər.

Avropanın enerji ilə təchiz edilməsi üçün Afrika səhralarında nəhəng elektrik stansiyaları yaradılması ideyası 12 il bundan əvvəl böyük həvəslə qəbul edilmişdi. Lakin, ötən illər ərzində bu layihənin həyata keçirilməsi üçün real addımlar atılmayıb. Bunun bütün səbəbi qlobal maliyyə-iqtisadi böhran, “ərəb baharı”, həmçinin investorların Avropa İttifaqı hüdüdlarından kənarda tikintiyə sərmayə qoymaq istəyinin olmaması ilə bağlıdır.

Bu gün vəziyyət dəyişir. İndi Ukraynada baş verən hadisələr, habelə Sibirin və Avrasiyanın şərq hissəsinin neft və qazından asılılığı azaltmaq arzusu yaşıl energetika barədə daha çox düşünməyə məcbur edir. Ona görə də son həftələrdə avropalı siyasətçilər və sərmayədarlar, necə deyərlər, “ən günəşli” ölkələrə tez-tez səfər etməyə başlayıblar.

Belə ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. Bu gün bütün Yaxın Şərqdə günəş energetikası sahəsində lider olan Krallıq səhrada günəş batareyalarının geniş tətbiqini özünün inkişaf strategiyasının bir hissəsi hesab edir. Səudiyyəlilər bərpaolunan mənbələrdən enerji istehsalı üzrə bütün ərəb ölkələri arasında birinci yeri tutur.

Xatırlatmaq yerinə düşər ki, cari ilin əvvəlində Azərbaycanda həqiqətən əlamətdar hadisə baş verib: 240 meqavat gücündə “Xızı-Abşeron” külək-elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək. O vaxt AZƏRTAC-ın xəbər verdiyi kimi, həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak edib və çıxış ediblər. Qeyd etmək lazımdır ki, müvafiq saziş ölkəmizdə tamamilə xarici investisiya hesabına reallaşacaq ilk belə layihə oldu. Layihə Sitalçayda və Abşeron rayonunun Pirəküşkül kəndində reallaşacaq. Həmin elektrik stansiyası ildə təqribən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək, nəticədə 220 milyon kubmetr qaza qənaət ediləcək, 400 min tondan çox karbon qazının atmosferə tullanmasının qarşısı alınacaq. Bu, həm də yeni iş yerləri, istehsal və xidmət sahələri üçün perspektiv imkanlar deməkdir.

Elə həmin gün Bakıda Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında dəniz külək energetikası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda dəniz külək energetikası sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyən edilməsi, Azərbaycanda bərpaolunan enerji layihələrinə sərfəli investisiyalar üçün şərait yaradılması və müvafiq potensialın qiymətləndirilməsi nəzərdə tutulub. Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətə rəhbərlik və nəzarət üçün Rəhbər Komitə və İşçi Qrup yaradılması qərara alınıb.

“Euronews” kanalı bu yaxınlarda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda istinadla xəbər verib ki, 1 kilovat-saat elektrik enerjisinin maya dəyəri təqribən 1,04 sentə bərabərdir. Nazir əminliklə bildirir ki, Ərəbistan səhrası günəş energetikasının inkişafı baxımından ən səmərəli yerdir. Ölkə gələcəkdə ucuz enerjinin köməyi ilə Avropaya ixrac olunmaq üçün hidrogen istehsalını inkişaf etdirməyi planlaşdırır. Digər ərəb monarxiyaları, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Qətər dövləti də bərpaolunan enerji mənbələrini inkişaf etdirirlər. Səhralar kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün praktiki olaraq yararsızdır, lakin külək və günəş batareyaları quraşdırılması üçün əla yerdir. İndi bircə məsələ qalır - enerjinin toplanması və daşınması. Axı istehsal edilmiş enerjinin yolda neçə faiz itiriləcəyini öyrənmək lazımdır.

2008-ci ildə qəbul edilmiş proqramın həyata keçirilməsinin təxirə salınmasına baxmayaraq, alman sərmayədarların öz ölkəsini və bütün Avropanı səhradan alınan enerji ilə təmin etmək planları gündəlikdə qalır.

 

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH