BERLİNDƏ DÜNYA ƏDƏBİYYAT FESTİVALI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-dən oktyabrın 5-dək VIII Berlin Dünya Ədəbiyyat Festivalı keçiriləcəkdir. İndiyədək bu ənənəvi festivala keçmiş sovet respublikalarından yalnız Rusiya və Ukrayna yazarları dəvət olunurdular.
Bu il ilk dəfə olaraq tədbirdə Azərbaycan nümayəndəsi də iştirak edəcəkdir. Bu, xalq yazıçısı Çingiz Abdullayevdir.
Festival 3 əsas bölmə üzrə fəaliyyət göstərəcəkdir. "Dünya ədəbiyyatı" adlanan bölmədə Rumıniyadan İon Qriqoresku, Almaniyadan İrina Libman, Böyük Britaniyadan Don Paterson və başqa yazarlar müasir dünya poeziya və nəsrinin problemlərindən danışacaqlar.
Çingiz Abdullayev festivalın ikinci - "Kaleydoskop" bölməsində aparılacaq müzakirələrə qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]