Berlində “Justice for Khojaly” hərəkatının təqdimatı olmuşdur
Berlin, 25 fevral (AZƏRTAC). Berlinin “Palais am Festugsgraben” salonunda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Almaniyada Xocalı günləri” adlı dördgünlük tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Justice for Khojaly” (“Xocalıya ədalət”) hərəkatının təqdimatı olmuşdur.
Təqdimatı hərəkatın AFR-dəki əlaqələndiricisi, Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova aparmışdır. O, qonaqlara hərəkatın məqsədləri və nailiyyətləri barədə ətraflı informasiya vermişdir.
S. Patser-İsmayılova qeyd etmişdir ki, hərəkatın vəzifələrindən biri sosial şəbəkələr, diaspor təşkilatları, habelə kommunikasiya texnologiyalarının Facebook, Twitter, Youtube kimi ən müasir yeniliklərindən istifadə etməklə xarici aləmlə sosial əlaqələr qurmaq vasitəsilə Xocalı faciəsinə münasibətdə ədalətə nail olmaqdır. Hərəkat düz 20 il əvvəl ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə tutduqları amansız divanın beynəlxalq səviyyədə pislənməsinə nail olmağı qarşısına məqsəd qoyur.
Təqdimatda Almaniya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]