BERLİNDƏ YAZIÇI MƏHƏMMƏD ƏSƏD BƏYİN XATİRƏ LÖVHƏSİ VƏ BÜRÜNCDƏN HAZIRLANMIŞ BARELYEFİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Almaniyanın Berlin şəhərinin mərkəzi küçələrindən biri - Fazanenştrassedə tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin xatirə lövhəsi və bürüncdən hazırlanmış barelyefinin açılışı olmuşdur.
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi İnstitutunun təşkilatçılığı ilə keçirilən mərasimdə bu ölkənin dövlət və hökumət üzvləri, kütləvi informasiya vasitələrinin, Azərbaycan səfirliyinin və konsulluğunun əməkdaşları, eləcə də digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Nizami Gəncəvi İnstitutunun direktoru Nuridə Atəşi, Almaniya Bundestaqının, Xarici İşlər Nazirliyinin üzvləri, Türkiyənin Berlindəki Baş konsulu və digər şəxslər çıxış etmiş, Məhəmməd Əsəd bəyin yaradıcılığından, ədibin əsərlərinin əhəmiyyətindən danışmışlar.
Xatirə lövhəsini və barelyefi əməkdar rəssam Seyfəddin Qurbanov hazırlamışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgisi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]