Beyləqanda 120 hektar sahədə yeni meşə salınmışdır
Beyləqan, 30 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”a uyğun olaraq Beyləqan rayonunda yeni meşə sahələri salınır.
Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ildə idarənin tabeliyində olan Beyləqan və İmişli rayonları ərazilərindəki dövlət meşə fondunda 120 hektar sahədə yeni meşə zolağı salınmışdır. 80 hektar ərazidə meşələr bərpa olunmuş, 1 hektar sahədə sərv, Eldar şamı və digər cinslərindən ibarət böyütmə sahəsi yaradılmış, 4,5 hektar sahədə tinglik səpilmiş, qarağac, göyrüş, iydə, akasiya cinslərindən ibarət 1 milyon 66 min ədəd ting yetişdirilmiş, 426 min ədəd ağac tingi çıxarılaraq meşəliklərin salınmasında istifadə olunmuşdur. Bundan əlavə, yeni tinglik salınması üçün 1250 kiloqram müxtəlif növ ağacların toxumu tədarük edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]