Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub VİDEO

Beyləqan, 6 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Beyləqan rayonu Mil Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyi və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun (BMTBETİ) birgə təşkilatçılığı ilə “Azərbaycanda pambıq istehsalatı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin gücləndirilməsi” mövzusunda tarla seminarı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarla seminarında Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin direktoru İmran Cümşüdov, Layihə koordinatoru Nəzakət İsmayıl-zadə, BMTBETİ-nin direktoru Elçin Xəlilov, institutun direktor müavini Natiqə İsmayılzadə, Beyləqan Regional Aqrar Təlim Mərkəzinin direktoru Qurban İmranov, Mil Təcrübə Stansiyasının direktoru Ramiz Şükürov, aqrar şirkətlərin nümayəndələri, alimlər və fermerlər iştirak ediblər.

Bildirilib ki, 2022-2025-ci illəri əhatə edəcək “Pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi (GAP)” layihəsinə start verilib. Layihəyə çərçivəsində AEBA ekspertlərinin təklif etdiyi metodlarla Azərbaycanın müxtəlif torpaq iqlim şəraitində Pakistandan gətirilən yeddi növ pambıq toxumlarının səpini aparılıb. Xarici sort toxumlar həm də yerli toxumlarla müqayisəli şəkildə əkilib. Sınaq BMTBETİ-nin Beyləqan rayonu Mil Təcrübə Stansiyasının və pambıqçılıq sahəsində fəaliyyət göstərən “P-Aqro” MMC şirkətinin İmişli, Saatlı, Sabirabad rayonlarında yerləşən filiallarının əkin sahələrində aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev çıxış edərək Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti, kənd təsərrüfatında prioritet sahələrdən biri olması və strateji əhəmiyyətini qoruyub saxlamağı haqqında danışıb. O, tarla seminarında sortların nümayişinin aparıldığını və gələcəkdə əkin sahələrində, həmçinin toxumçuluq şirkətləri tərəfindən bu sortlardan istifadənin daha məqsədəuyğun hesab olunduğunu bildirib.

Pambıq istehsalının artırılmasında aqrar elminin rolunu qeyd edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin direktoru İmran Cümşüdov ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət sənədlərinin tələblərinə uyğun olaraq, bu sahədə dünyanın ən qabaqcıl təcrübəsinin tətbiqi işlərinin ardıcıl olaraq davam etdirildiyini bildirib.

İndiyədək əldə olunan nəticələrdən danışan layihə koordinatoru Nəzakət İsmayıl-zadə qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında bağlanan müqavilə əsasında əkilən, Pakistandan gətirilən 7 sort arasından məhsuldarlığı ilə seçilən “Cotton Super” sortu regiona daha yaxşı uyğunlaşıb. Belə ki, həmin pambığın kolunda minimum 60 qoza müşahidə olunur, hətta 120-ə qədər qoza da qeydə alınıb. Hazırda Mil Təcrübə Stansiyasında 72 sort sınaqdan keçirilir ki, bunlardan 7-si Pakistan, 1-i Türkiyə, digərləri isə əsasən yerli sortlardır.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov bildirib ki, institut tərəfindən həyata keçirilən layihələr və alimlərin apardığı elmi tədqiqatlar əsasında uğurlu nəticələr əldə olunub. Pakistan sortları yüksək məhsuldarlığı, xəstəliklərə dözümlü olması ilə bərabər, həm də dünya toxuculuq sənayesinin tələbələrinə uyğun lif çıxımı ilə seçilir. Həmin sortlarda yüksək lif çıxımı tanınmış dünya alimləri, o cümlədən Yunanıstan və Pakistan alimləri tərəfindən də öz təsdiqini tapıb.

Yerli və xarici sortların Mil Təcrübə Stansiyasında sınaqdan keçirilməsindən danışan stansiya direktoru Ramiz Şükürov da pambıqçılığın inkişafında yüksək nailiyyətlər olduğunu söyləyib. Cari ildə 28 sortda müqayisəli sort sınağı, 20 sortda ilkin sort sınağı aparılıb. Eləcə də Pakistandan gətirilmiş sortlar da sınaq üçün əkilib. “Cotton Super” sortunda isə daha yüksək nəticə olunub və məhsuldarlıq göstəricisi 82 sentnerə çatıb. Bundan başqa, təcrübə stansiyasında 3 sortun aqrotexnologiyası öyrənilir. 12 sortun nümayiş əkini həyata keçirilib.

Layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi istiqamətində iqlimə uyğun kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi və yayılmasıdır. Layihədə Pakistanın 7, Türkiyənin 1 və Azərbaycanın 1 rayonlaşmış sortları sınaqdan keçirilir. Məqsəd nümayişedici sınaqlar keçirməklə AEBA-nın ekspertinin təklif etdiyi və hazırda Azərbaycanda tətbiq olunan ənənəvi metodlarla əkilən pambıq sortlarının müqayisə edilməsidir. Bir hektar sahədə paralel olaraq iki üsulla pambıq toxumları əkiləcək, nəticələr müqayisə ediləcək.

Layihədən əsas gözlənti Pakistandan gətirilmiş toxumların yerli iqlim şəraitinə uyğunlaşdırılması və məhsuldarlığı artırmaqdır. Bu toxumlar hesabına Pakistanda 55-60 sentner məhsuldarlıq olub ki, bu hədəf Azərbaycan üçün də uyğun sayılır. Sınaqdan çıxarılan sortların üzərində aparılan fenoloji müşahidələrdən aydın olub ki, “Cotton Super” sortunda və “BS 18” sortunda məhsuldarlıq kifayət qədər yüksəkdir. Bu sortların becərildiyi sahələrdəki kollarda qönçələnmə və qoza vermə faizi daha yüksəkdir. Məhsul yığımı zamanı bu göstəricilər özünü doğruldarsa, daha geniş sahələrdə mutant toxumlardan istifadə edilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsində digər məqsəd xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasıdır. Layihənin daha səmərəli həyata keçirilməsi üçün Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna yeni avadanlıqlar da gətirilib. Həmin avadanlıqlar institutun Biotexnologiya şöbəsində yerləşdirilib.

“P-Aqro” MMC-nin direktor müavini İlham Səfərov çıxışında bildirib ki, həyata keçirilən bu layihələr pambıqçılıqda uğurlu bir hadisə sayılır. Pambıqçılıq şirkətləri də əsasən məhsuldar, lif çıxımı daha yüksək olan, həmçinin zərərvericilərə və quraqlığa dözümlü toxumlara müraciət edir. Bu layihə əsasında həm xarici, həm də yerli sortlar yetişdirilir ki, bu da gələcəkdə həmin sortlardan geniş istifadə olunmasına zəmin yarada bilər. Eyni zamanda, artıq MMC ilə bağlanmış müqavilə əsasında müxtəlif sortlar əkilib və ilkin mərhələdə sahələrdə yüksək məhsuldarlığın göstəricisi olan çıxış alınıb.

Toplantıdan sonra Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, şirkətlərin nümayəndələri ilə birgə Beyləqan rayonu Təzəkənd kəndində yerləşən, fermer Səxavət Məmmədovun icra olunan layihə ilə əlaqədar olaraq Pakistan pambıq toxumlarının səpildiyi sahəsinə də baxış keçirib, pambıq kollarında yüksək nəticə müşahidə edilib və sahə mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi