Beyləqanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Beyləqan, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Beyləqan rayonunun müəssisə və təşkilatlarında, təhsil müəssisələrində, əmək kollektivlərində konfranslar, disputlar, xatirə gecələri keçirilmiş, “Xocalı qan yaddaşı” fotosərgisi təşkil olunmuş, soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
Fevralın 25-də rayon mədəniyyət evində faciənin ildönümü ilə əlaqədar mərasim keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının müavini Raisə İsgəndərova tədbirdə çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışmışdır. Çıxışlarda günahsız insanlara - uşaqlara, qadınlara, qocalara qarşı törədilmiş bu qırğın faktı bəşəriyyətə qarşı əsl soyqırımı kimi qiymətləndirilmişdir.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Fevralın 26-da Beyləqan şəhərində “Azərbaycanlıların soyırımı” abidə kompleksi qarşısında ümumrayon anma mərasimi olmuşdur. Abidə kompleksinin önünə gül dəstələri düzülmüş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]