Beynəlхalq Yer Günü ilə əlaqədar ETSN-in əməkdaşları məktəblilərlə görüşmüşlər
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 22-si Beynəlхalq Yer Günüdür. Bu əlamətdar günün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir və hazırda 150-dək ölkədə, o cümlədən respublikamızda qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bununla əlaqədar həmişə olduğu kimi bu il də tədbirlər keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərdən biri Yasamal rayonundakı 225 nömrəli orta məktəbdə baş tutmuşdur.
Görüşdə ETSN-in əməkdaşları məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş tədbirlər barədə məlumat vermiş və onların suallarını cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]