Beynəlxalq Ərəb Jurnalistlər Federasiyasının rəhbəri AZƏRTAC-a təşəkkür edib
Qahirə, 23 may, AZƏRTAC
Beynəlxalq Ərəb Jurnalistlər Federasiyasının rəhbəri, Əlcəzairdə fəaliyyət göstərən Beynəlxalq İpək Yolu İnformasiya Şəbəkəsinin “Əl Hərir” portalının baş redaktoru Əbdülqədir Xəlil müəllifi olduğu saytın baş məqaləsində Azərbaycan haqqında həqiqətləri ərəb dünyasında yayan, Vətən müharibəsi zamanı informasiyalarına istinad etdiyi AZƏRTAC agentliyinə xüsusi təşəkkürünü bildirib.
Azərbaycan xalqını öz qanuni torpaqlarının azad olunması münasibətilə bir daha təbrik edən əlcəzairli jurnalist yazır: “ Biz, ərəb jurnalistləri Azərbaycana sülh və tərəqqi, işğaldan azad edilmiş ərazilərin tezliklə bərpa olunmasını arzulayırıq. Yaşasın ərəb-Azərbaycan dostluğu!
Bizim Azərbaycan haqqında dərc etdiyimiz xəbərləri geniş işıqlandıran rəsmi AZƏRTAC agentliyinə xüsusi təşəkkürümüzü bildiririk. Həmçinin Azərbaycanın ATV və İctimai TV telekanallarına da minnətdarlıq edirik”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]