Beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermə prosesini sərbəst şəkildə izləyirlər
Bakı, 1 sentyabr, AZƏRTAC
Məntəqəmizdəki seçki prosesini veb-kamera vasitəsilə canlı izləmək mümkündür. Eyni zamanda, beynəlxalq müşahidəçilər buraya gələrək səsverməni rahatlıqla izləyə bilirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 16 saylı Yasamal ikinci seçki dairəsinin 25 saylı məntəqə seçki komissiyasının sədri Kəmalə Sadıxova deyib.
O qeyd edib ki, məntəqə üzrə 1027 seçici qeydiyyata alınıb. “On səkkiz yaşı tamam olan seçicilərimizin sayı on yeddi nəfərdir. Ən yaşlı seçicimizin isə 99 yaşı var”, - deyə K.Sadıxova bildirib.