Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktorunun ölkəmizə səfəri başa çatıb
Bakı, 14 mart, AZƏRTAC
Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizə gələn Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Yanne Holst-Hübnerin işgüzar səfəri başa çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində icraçı direktor Naxçıvan şəhərində olub, Heydər Əliyev muzeyini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olub. O, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti ilə tanış olaraq gənc prokurorluq əməkdaşları ilə görüş keçirib.
2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin iclası keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.