BEYNƏLXALQ TƏŞKİLAT UŞAQLARA YENİ İL HƏDİYYƏSİ PAYLAMIŞDIR
“Dünyaya baxış” humanitar təşkilatı Mingəçevirdə müvəqqəti məskunlaşmış beş yüz məcburi köçkün ailəsindəki uşaqlara Yeni il hədiyyələri paylanmışdır.
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, əməkdaşlar əlil uşaqların müalicə mərkəzinə də baş çəkmiş və uşaqlara ərzaq, geyim, oyuncaqlardan ibarət bağlamalar təqdim etmişlər.