Beynəlxalq Türk Akademiyası əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 18 mart, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türk Dil Qurumunun rəhbəri professor Osman Mert və Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərlə görüşüb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, görüş zamanı tərəflər Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə birgə bu il Türküstan şəhərində təşkil olunacaq yay məktəbi proqramı üzrə əməkdaşlığa dair protokol imzalayıblar.
Beynəlxalq Türk Akademiyası tərəfindən hər il təşkil olunan yay məktəbinin məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin və digər qardaş xalqların gənc alimlərinə dəstək olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]