Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər
Biləsuvar, 18 noyabr, AZƏRTAC
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bundan əlavə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO
- 05.10.2026 [14:27]