Biləsuvarda baş verən avtomobil qəzası zamanı azyaşlı xəsarət alıb
Biləsuvar, 28 avqust, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb. “KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yoldan çıxarıb və maşın aşıb.
Qəza nəticəsində avtomobildə olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.