BİLİK GÜNÜNDƏ MASALLI RAYONUNDA 6 MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Masallı rayonunda istifadəyə verilən 6 məktəbdən dördü Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir.
Bilik günü regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Masallı şəhərində inşa edilmiş 220 şagird yerlik “Dəfinə” liseyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Birinci Yeddioymaq kəndində inşa edilmiş 240 yerlik orta, Birinci Şıxlar və Xanalıyon kəndlərində 220 şagird yerlik əsas və Rüdəkənar kəndində 192 şagird yerlik orta, əsaslı təmirdən sonra Kalinovka kənd orta məktəbləri müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Təhsil ocaqlarında keçirilən mərasimlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları Əhəd Abıyev, Elmira Axundova, rayonun təhsil işçiləri, ictimaiyyətin nümayəndələri çıxış edərək, regionlarda təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]