BİNƏQƏDİDƏ XANLIQ KƏND MƏKTƏBİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Binəqədidə Qubadlı rayon Xanlıq kənd məktəbinin açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon icra hakimiyyətinin başçısı Malik İsaqov və digər natiqlər bildirmişlər ki, həyata keçirilən islahatlar nəticəsində ölkədə təhsil məzmun və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Vurğulanmışdır ki, son illər təhsil sisteminin dünyaya inteqrasiyanın sürətlənməsi bu sahədə uğurlu nəticələrin əldə olunmasını təmin edir.
Tədbirdə Milli Qəhrəman Kərəm Mirzəyevin atası Ərşad Mirzəyev oğlunun adını daşıyan təhsil ocağının müəllim və şagird kollektivini təbrik etmişdir.
Bildirilmişdir ki, 14 sinif otağından ibarət məktəbdə 300 şagird təhsil alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]