“Birinci Bakı Ekoloji Marafonu”na start verilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). “Birinci Bakı Ekoloji Marafonu”na start verilmişdir.
Azərbaycan Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Ekologiya İli” çərçivəsində keçirilən marafonun məqsədi insanların maarifləndirilməsidir.
Layihə çərçivəsində rəsm sərgisi, şer və şüar müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı ətraf mühitin qorunması, təbiətin mühafizəsi və ekoloji problemlərin həllinə həsr olunmuş ekoloji layihələrin təqdimatı və müxtəlif aksiyaların (dəniz kənarı sahildə, avtomobil yollarında, metroda və s) gerçəkləşdirilməsi də gözlənilir.
Müsabiqələrdə iştirak etmək istəyənlər dekabrın 25-nə kimi [email protected] elektron ünvanına “Ekologiya və mən” mövzusuna həsr edilmiş şer, plakat və şüar (azərbaycan dilində), rəsm işlərini (professional və həvəskar rəssamların skaynerləşdirilmiş işləri) göndərə bilərlər.
Müsabiqənin sonunda sərgi təşkil ediləcək, qaliblər mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]